İsveç Xarici İşlər Nazirliyi – Gürcüstanda vətəndaş cəmiyyəti təşkilatlarına artan təzyiq narahatedicidir, biz Gürcüstan vətəndaş cəmiyyətinə möhkəm dəstəyimizi davam etdiririk
İsveç Xarici İşlər Nazirliyi – Gürcüstanda vətəndaş cəmiyyəti təşkilatlarına artan təzyiq narahatedicidir, biz Gürcüstan vətəndaş cəmiyyətinə möhkəm dəstəyimizi davam etdiririk

İsveç Xarici İşlər Nazirliyi yeddi gürcü qeyri-hökumət təşkilatının hesablarının dondurulmasına münasibət bildirib.

“Gürcüstanda vətəndaş cəmiyyəti təşkilatlarına artan təzyiq, o cümlədən aktivlərin son vaxtlar dondurulması narahatedicidir. Bu qərar Gürcüstan demokratiyası üçün yanlış istiqamətdə atılmış daha bir addımdır. İsveç Gürcüstan vətəndaş cəmiyyətinə öz möhkəm dəstəyini davam etdirir”, – deyə bəyanatda qeyd olunur.

Məlumat üçün bildirək ki, prokurorluqda aparılan istintaq çərçivəsində bir neçə qeyri-hökumət təşkilatının bank hesablarına həbs qoyulub. Prokurorluğun məlumatına görə, söhbət sabotaj, ağırlaşdırıcı şəraitdə sabotaj cəhdi, xarici təşkilata və xarici nəzarətə tabe olan quruma düşmənçilik fəaliyyətində yardım göstərilməsi, Gürcüstanın konstitusion quruluşu və milli təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyət üçün maliyyə vəsaitlərinin toplanmasına dair istintaqdan gedir.

Prokurorluğun açıqlamasında vurğulanır ki, istintaqla müəyyən olunub – hüquq-mühafizə orqanlarına qarşı zorakı hərəkətləri həyata keçirən aksiyanın iştirakçılarının xüsusi vasitələrlə təminatı koordinasiyalı şəkildə aparılırdı, o cümlədən QHT-lərin vəsaitləri hesabına.