İsveç Prokurorluğu – “Şimal axınının” zədələnmiş hissələrində partlayıcı maddələrin izləri aşkar edilib

14:28, 18.11.2022

İstintaq “Şimal axını” qaz kəmərlərinin zədələnmiş hissələrində partlayıcı maddələrin izləri aşkar edildi, bu da təsdiq edir ki, diversiya olmuşdur. “Reuters” agentliyinin yazdığına görə, bu barədə İsveş Prokurorluğunda bəyan etdilər.

“Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərində dörd yerdə dəyən ziyanın səbəblərini İsveç və Danimarka hakimiyyət orqanları araşdırırlar. Boru kəmərləri Baltik Dənizini keçərək Rusiya və Almaniyanı birləşdirirlər. Danimarka Prokurorluğunun ötən ay bəyan etdiyinə görə, ilkin araşdırmalar göstərdi ki, boru kəmərlərinə ziyan və qaz sızmasına güclü partlayışlar səbəb olub.

“Aparılan analizlər aşkar edilmiş bir neçə obyektdə partlayıcı maddənin izlərini göstərir. İstintaq son dərəcə kompleks və əhatəlidir. Davam edən istintaq şübhəlilərin identifikasiya edilib-edilməyəcəyini müəyyən edəcək”, – İsveç Prokurorluğunun bəyanatında deyilir.

“Şimal axınının” iki kəmərində qaz sızması ilə bağlı məlumat sentyabrın sonunda yayıldı.

Oxşar