İsveç kəşfiyyatının hesabatı - Rusiya İsveç və NATO üçün əsas hərbi təhlükədir
İsveç kəşfiyyatının hesabatı - Rusiya İsveç və NATO üçün əsas hərbi təhlükədir

 

Rusiya İsveç və NATO üçün əsas hərbi təhlükədir – bu barədə İsveç Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin dərc etdiyi və “Politico” tərəfindən yayılan illik hesabatda deyilir.

Hesabatda qeyd olunur ki, Moskvanın daha aqressiv davranışı təhlükəli eskalasiyaya səbəb ola bilər.

İsveç kəşfiyyatı Rusiyanın aqressiv hərəkətlərinə nümunə olaraq hava məkanının pozulmasını, təxribatı və kiber əməliyyatları göstərib.

Bununla yanaşı, hesabatda bu təhdidin “ciddi və konkret” olduğu, Moskvanın davranışının isə “aqressiv” olduğu vurğulanır.