İsveç cinayət məsuliyyətinin yaş həddini 13 yaşa endirməyi planlaşdırır
İsveç cinayət məsuliyyətinin yaş həddini 13 yaşa endirməyi planlaşdırır

 

İsveç cinayət məsuliyyətinin yaş həddini 13 yaşa endirməyi planlaşdırır.

Ölkənin ədliyyə naziri Qunar Ştromerin bəyanatına əsasən, ölkədəki dəstələr tez-tez yetkinlik yaşına çatmayanları zorakı cinayətlər törətmək üçün istifadə edirlər, çünki onlar cinayət məsuliyyəti daşımırlar.

O bildirib ki, ölkə “fövqəladə vəziyyətdədir” və uşaqların cinayətkar şəbəkələrdə istifadəsinin dayandırılması hökumət üçün “vacib vəzifədir”.

Təsdiqlənərsə, qanunvericilik bu yay qüvvəyə minəcək.

Məlumat üçün bildirək ki, İsveçdə hazırda cinayət məsuliyyətinin minimum yaş həddi 15-dir.

İsveçin Cinayətkarlığın Qarşısının Alınması üzrə Milli Şurasının məlumatları göstərir ki, son on illik ərzində 15 yaşdan kiçik şübhəlilərin iştirakı ilə qeydə alınmış cinayətlərin sayı ikiqat artıb.