İsveç Hərbi Kəşfiyyatı – Rusiya, ehtimal ki, Vladimer Putinin idarəçiliyi başa çatdıqdan sonra da qonşuları üçün təhlükə yaradacaq

15:57, 30.06.2026

 

İsveç Hərbi Kəşfiyyatı hesab edir ki, Rusiya, ehtimal ki, Vladimer Putinin idarəçiliyi başa çatdıqdan sonra da qonşuları üçün təhlükə yaradacaq. “Bloomberg”in məlumatına əsasən, bu haqda İsveç Hərbi Kəşfiyyatının rəhbəri Tomas Nilson deyib.

“Biz bu böhranı müvəqqəti bir hal kimi qəbul etmirik. Rusiya öz yolunu seçib və geri dönüş yolu yoxdur. Biz dərin, struktur və uzunmüddətli strateji qarşıdurma vəziyyətindəyik” – Nilson qeyd edib.

Onun sözlərinə əsasən, Rusiyada iqtisadi baxımdan çətinliklərlə üzləşirlər, yüksək rütbəli məmurlar isə statistikanı saxtalaşdırırlar.

“Siyasi müxalifət – sürgün, həbs və ya ən pis halda qətl yolu ilə faktiki olaraq ləğv edilib. Cəmiyyətdəki narazılığı siyasi alternatvə çevirə biləcək heç kim yoxdur” – İsveç Hərbi Kəşfiyyatının rəhbəri bildirib.

Oxşar