İstintaq Xidmətinin rəhbəri Merab Qamkrelidze Tbilisi və regional idarələrin yeni rəhbərlərini təqdim edib

18:02, 28.09.2026

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin rəhbəri Merab Qamkrelidze xidmətin struktur bölmələrinin əməkdaşlarına yeni rəhbərləri təqdim edib.

Qurumun məlumatına görə, Merab Qamkrelidzenin qərarı ilə İstintaq Xidmətində kadr dəyişiklikləri həyata keçirilib. Xidmətin İstintaq Departamentinin Tbilisi Baş İdarəsinə, eləcə də Kaxeti, Msxeta-Mtianeti və Kvemo Kartli regional struktur bölmələrinə yeni rəhbərlər təyin olunub.

İstintaq Departamentinin Tbilisi Baş İdarəsinin rəisi vəzifəsinə Giorgi Xarşiladze, Kaxeti Regional İdarəsinin rəisi vəzifəsinə Giorgi Cavaşişvili, Msxeta-Mtianeti Regional İdarəsinin rəisi vəzifəsinə Giorgi Korsantia, Kvemo Kartli struktur bölməsinin rəhbəri vəzifəsinə isə Paata Qordaşvili təyin edilib.

Görüş zamanı Merab Qamkrelidze regional bölmələrin yeni təyin olunmuş rəhbərləri ilə birlikdə maliyyə-iqtisadi cinayətlərin aşkar edilməsi, səmərəli istintaqın aparılması və cinayətlərin qarşısının alınması istiqamətində mövcud problemləri müzakirə edib.

O, həmçinin xidmətin gücləndirilməsi və inkişafı üzrə gələcək planlar və prioritet istiqamətlər barədə danışıb. İstintaq Xidmətinin rəhbəri yeni təyin olunmuş rəhbərlərə müvafiq tapşırıqlar verib.

Görüşdə Maliyyə Nazirliyinin İstintaq Xidmətinin İstintaq Departamentinin rəhbər şəxsləri iştirak ediblər.

Oxşar