İstintaq Xidmətinin əməkdaşları Dzeqvi kəndində reabilitasiya mərkəzinin benefisiarlarına Yeni il sovqatı və ilkin tələbat malları veriblər
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Mtsxeta-Mtianeti bölgəsində Dzeqvi kəndində yerləşən Müqəddəs Qiorqi Mtatsmindeli adına analar monastırı nəzdində fəaliyyət göstərən reabilitasiya mərkəzinin uşaq və yaşlılarını qarşıdan gələn Milad -Yeni il münasibətilə təbrik ediblər.
Məlumatı İstintaq Xidməti yayır.
Onların məlumatına əsasən, İstintaq Xidmətinin rəisi Soso Ramişvili qurumun digər rəhbər şəxsləri və əməkdaşları ilə birlikdə mərkəzdə olan benefisiarlara baş çəkib, onlara Yeni il sovqatı və ilkin tələbat malları verib.
“Sosial baxımdan müdafiəyə ehtiyac duyan, qayğıdan məhrum olmuş insanlarla həmrəylik və onlara dəstək göstərmək məqsədilə hər ilin sonunda İstintaq Xidməti tərəfindən xidmətin bütün əməkdaşlarının iştirak etdiyi xeyriyə aksiyası keçirilir” – Maliyyə Nazirliyinin İstintaq Xidmətində bildirirlər.