İstintaq Xidmətində Azərbaycanın Dövlət Gömrük Komitəsinin nümayəndələri ilə görüş keçirilib
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidməti Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin nümayəndələrini qəbul edib.
Görüşdə İstintaq Xidmətinin rəhbər şəxsləri qurumun fəaliyyətinin xüsusiyyətləri və səlahiyyətlərinə aid olan digər mühüm məsələlərlə bağlı azərbaycanlı həmkarlarına ətraflı məlumat veriblər.
Tərəflər maliyyə və iqtisadi cinayətlərə qarşı mübarizə baxımından və gələcək peşəkar əməkdaşlığın dərinləşdirilməsi məqsədilə iki ölkənin üzləşdiyi çağırışları müzakirə ediblər. Tərəflər müvafiq fəaliyyətin əsas istiqamətləri barədə razılığa gəliblər.
Məlumatı Maliyyə Nazirliyinin İstintaq Xidmətinin Mətbuat Xidməti yayır.