Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində rüşvət alma faktı üzrə Zuqdidi Munisipalitetinin merinin Orsanti inzibati ərazi vahidindəki nümayəndəsi E.B.-ni saxlayıblar.
“İstintaqla müəyyən edilib ki, E.B. vəzifə səlahiyyətlərini həyata keçirərkən şəxsi qanunsuz maddi qazanc əldə etmək məqsədilə rüşvət şəklində 300 lari almaq müqabilində vətəndaşlardan birinə ağac-bitkilərin mənşəyinə dair saxta arayışlar hazırlayıb və verib, bu zaman onu saxlayıblar.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin 1-ci hissəsi ilə aparılır, bu da cəza növü və tədbiri kimi altı ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutulur” – yayılmış məlumatda deyilir.