İstintaq Xidməti - Oktyabrın 26-da jurnalistlərin peşə fəaliyyətinə qanunsuz maneə törədilməsi ilə bağlı mümkün faktlarla əlaqədar istintaq gedir
Xüsusi İstintaq Xidmətində 2024-cü ilin oktyabrın 26-da jurnalistlərin peşə fəaliyyətinə qanunsuz maneə törədilməsi ilə bağlı mümkün faktlarla əlaqədar istintaq Gürcüstan Cinayət Məcəlləsinin 154-cü maddəsinin birinci hissəsi ilə gedir – bu haqda bəyanatı Xüsusi İstintaq Xidməti yayır.
“Media üzrə ombudsmandan, Daxili İşlər Nazirliyindən və xidmətin qaynar xəttinə daxil olan məlumatlar, eləcə də Gürcüstanın müxtəlif regionlarında jurnalistlərlə bağlı 17 insidentə aid aparılan müsahibələr istintaqın başladılması üçün əsas olub. Qeyd olunan faktlardan 13-də məlumatın məzmunundan irəli gələrək cinayət əlamətləri yox idi. Buna baxmayaraq, hər bir faktla əlaqədar Xüsusi İstintaq Xidmətinin müstəntiqləri məlumat daxil olduqdan dərhal sonra dəfələrlə jurnalistlər və operatorlarla əlaqə saxlayaraq, dərhal hüquqi reaksiya verdilər. Bu vaxt üçün istintaq orqanına məlumat vermək məqsədilə yalnız beş jurnalist və bir operator gəlib.
Xüsusi İstintaq Xidməti iş üzrə bütün zəruri istintaq və prosessual hərəkətləri həyata keçirir” – bəyanatda qeyd olunub.