İstintaq Xidməti külli miqdarda saxta pulun saxlanılması və işə keçirilməsi faktı üzrə iki nəfəri saxlayıb
İstintaq Xidməti külli miqdarda saxta pulun saxlanılması və işə keçirilməsi faktı üzrə iki nəfəri saxlayıb

 

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində saxta pulun saxlanılması və işə keçirilməsi faktı üzrə iki nəfəri saxlayıblar.

“İstintaqla təqsirləndirilən şəxslərin qanunsuz olaraq maddi fayda əldə etmək məqsədilə Kvemo Kartli bölgəsindəki MMC mikromaliyyə təşkilatı “Rico Express”in filiallarında ümumilikdə 3000 ABŞ dolları həcmində 60 ədəd saxta 50 dollarlıq əskinasları işə keçirdikləri müəyyən edilib. İstintaq hərəkətləri nəticəsində saxta əskinaslar tamamilə ələ keçirilib.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 212-ci maddəsinin 2-ci hissəsi ilə aparılır, bu isə cəza olaraq 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur” – Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatında qeyd olunub.