İstintaq Xidməti külli miqdarda saxta pulun işə keçirilməsi faktına görə xarici ölkə vətəndaşını saxlayıb
İstintaq Xidməti külli miqdarda saxta pulun işə keçirilməsi faktına görə xarici ölkə vətəndaşını saxlayıb

 

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları tərəfindən aparılmış əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, külli miqdarda saxta pulun işə keçirilməsi faktına görə xarici ölkə vətəndaşı saxlanılıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs tərəfindən qanunsuz maddi mənfəət əldə etmək məqsədilə Şida Kartli bölgəsində ümumilikdə 5000 ABŞ dolları dəyərində 32 ədəd 100 dollarlıq və 36 ədəd 50 dollarlıq saxta əskinas işə keçirilib.
İstintaq hərəkətləri nəticəsində saxta əskinaslar tamamilə götürülüb. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 212-ci maddəsinin ikinci hissəsi ilə aparılır, bu isə cəza olaraq 7 ildən 10 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.

Məlumatı İstintaq Xidmətinin mətbuat xidməti yayır.