İstintaq Xidməti külli miqdarda saxta pulun işə keçirilməsi faktı ilə əlaqədar xarici ölkə vətəndaşını saxlayıb

11:12, 05.11.2026

 

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları, Sameqrelo-Zemo Svaneti Dairə Prokurorluğu ilə koordinasiyalı şəkildə keçirilmiş istintaq hərəkətləri nəticəsində, külli miqdarda saxta pulun işə keçirilməsi faktı ilə əlaqədar xarici ölkə vətəndaşını saxlayıblar.

İstintaqla təqsirləndirilən şəxsin qanunsuz maddi qazanc əldə etmək məqsədilə Acara bölgəsində saxta 50 və 100 dollarlıq əskinasları işə keçirdiyi müəyyən edilib. Ümumilikdə onun tərəfindən nominal dəyəri 13 400 ABŞ dolları olan 231 ədəd saxta əskinas, o cümlədən 194 ədəd 50 dollarlıq və 37 ədəd 100 dollarlıq əskinas işə keçirilib.

İstintaq hərəkətləri nəticəsində saxta əskinaslar tam şəkildə müsadirə olunub.

İstintaq Cinayət Məcəlləsinin 212-ci maddəsi ilə aparılır.

Oxşar