İstintaq Xidməti Gürcüstanın gömrük sərhədində xüsusilə külli miqdarda qızıl zinət əşyalarının qanunsuz gətirilməsi faktını aşkarlayıb
İstintaq Xidməti Gürcüstanın gömrük sərhədində xüsusilə külli miqdarda qızıl zinət əşyalarının qanunsuz gətirilməsi faktını aşkarlayıb

 

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Gəlirlər Xidmətinin Gömrük Departamenti ilə koordinasiyada həyata keçirilmiş operativ-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Gürcüstanın gömrük sərhədində xüsusilə külli miqdarda malın gömrük qaydalarının pozulması ilə gətirilməsi faktını aşkarlayıblar.

Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına əsasən, istintaqla müəyyən edilib ki, xarici ölkə vətəndaşı “Sarpi” gömrük buraxılış məntəqəsindən keçməklə, minik avtomobili ilə gömrük nəzarətindən gizli şəkildə Gürcüstanın gömrük sərhədindən 179 qram qiymətli daşlarla bəzədilmiş qızıl zinət əşyaları keçirib.

“İstintaq hərəkətləri nəticəsində götürülən qızıl zinət əşyalarının dəyəri 56 000 larini keçir. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 214-cü maddəsinin 2-ci hissəsi ilə aparılır, bu da cəzanın növ və tədbiri kimi 5 ildən 7 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur” – məlumatda deyilir.