İstintaq Xidməti qrup halında, xüsusilə külli miqdarda aksiz markası olmayan tütün məmulatlarının saxlanılması faktı ilə bağlı iki nəfəri saxlayıb
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində qrup halında markalanmalı olan xüsusilə külli miqdarda aksizli malların aksiz markası olmadan saxlanılması faktı ilə bağlı Gürcüstanın iki vətəndaşını saxlayıblar.
İstintaq nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər sonradan satışını həyata keçirmək və qanunsuz maddi gəlir əldə etmək məqsədilə Tbilisidə müxtəlif ərazilərdə, o cümlədən istifadələrində olan qarajda, gizli şəkildə ümumilikdə 40 600 qutu “Platinum”, “Manchester”, “Winston” və “Kent” markalı aksizsiz siqaret saxlayıblar.
Siqaretlərin ümumi bazar dəyəri 235 min laridən çoxdur.
İş üzrə araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 200-cü maddəsinin 2-ci və 3-cü hissələri ilə aparılır. Həmin maddələrə əsasən, 6 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Məlumatı Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin mətbuat xidməti yayıb.