İstintaq Xidməti gömrük sərhədində xüsusilə külli miqdarda bəyan edilməmiş malın keçirilməsi faktına görə iki şəxsi saxlayıb
İstintaq Xidməti gömrük sərhədində xüsusilə külli miqdarda bəyan edilməmiş malın keçirilməsi faktına görə iki şəxsi saxlayıb

 

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları keçirilən əməliyyat-istintaq hərəkətləri nəticəsində Gürcüstanın gömrük sərhədində xüsusilə külli miqdarda bəyan edilməmiş malın keçirilməsi faktına görə iki şəxsi saxlayıblar.

İstintaq Xidmətinin məlumatına əsasən, istintaqla müəyyən edilib ki,
əvvəlcədən razılaşaraq, qrupun üzvləri şirkətlərdən birinin adından gömrük bəyannaməsinə saxta məlumatlar daxil ediblər və malın gömrük dəyərini 536 028 lari əvəzinə 48 502 lari olaraq bəyan ediblər. Qeyd olunan bəyannamə əsasında yük avtomobili ilə Türkiyədən Gürcüstana müxtəlif növ mal gətiriblər.

“Operativ məlumat əsasında avtomobilə baxış keçirilməsi nəticəsində müəyyən edilib ki, bəyannamədə göstərilən malın əksər hissəsinin əvəzinə gömrük dəyəri 536 028 lari olan bəyan edilməmiş mallar, o cümlədən ətirlər, gigiyena vasitələri, otaq üçün təravətləndirici, santexnika ləvazimatları, energetik içkilər, şirniyyatlar və digər məhsullar aşkar edilib.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 214-cü maddəsinin 5-ci hissəsinin “d” yarımbəndi ilə aparılır, bu da 8 ildən 11 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur” – İstintaq Xidmətinin məlumatında deyilir.

Maliyyə Nazirliyinin İstintaq Xidmətində izah edirlər ki, cinayətkar qrupun digər üzvlərinin və cinayətin əlavə epizodlarının üzə çıxarılması məqsədilə iş üzrə istintaq davam edir.