İstintaq Xidməti dövlətə məxsus külli miqdarda vəsaitin dələduzluq yolu ilə mənimsənilməsi faktı üzrə iki sahibkarlıq subyektini ifşa edib
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları tərəfindən Sameqrelo-Zemo Svaneti dairə prokurorluğu ilə koordinasiyalı şəkildə keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, dövlətə məxsus külli miqdarda pul vəsaitinin dələduzluq yolu ilə mənimsənilməsi faktı üzrə iki sahibkarlıq subyektinə qarşı cinayət təqibi başladılıb.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər tabeliyində olan şirkətlərin adından 2025-ci ildə dövlət satınalma müqavilələri bağlayıblar.
Maddi fayda əldə etmək məqsədilə, müqavilədə nəzərdə tutulan süd məhsulları əvəzinə, təqsirləndirilən şəxslər tərəfindən Sameqrelo regionunun iki munisipalitetində yerləşən uşaq bağçalarına aşağı kalorili və ucuz süd məhsulları tədarük edilirmiş, bununla da dələduzluqla təxminən 20,000 larini mənimsəyiblər.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsi ilə aparılır, bu da cəza növü və tədbiri kimi altı ildən doqquz ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.
Məlumatı Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidməti yayır.