İstintaq Xidməti - David Ağmaşenebeli Xiyabanında aksiya iştirakçılarına qarşı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən vəzifə səlahiyyətindən zorakılıq yolu ilə mümkün sui-istifadə faktları ilə bağlı istintaq başladılıb

Xüsusi İstintaq Xidmətində 2025-ci ilin fevralın 2-də Tbilisidə David Ağmaşenebeli Xiyabanında keçirilən etiraz aksiyasının iştirakçılarına qarşı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən vəzifə səlahiyyətindən zorakılıq yolu ilə mümkün sui-istifadə faktları ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 333-cü maddəsinin 3-cü hissəsinin “b” yarımbəndi ilə başladılıb – bu haqda Xüsusi İstintaq Xidmətinin bəyanatında qeyd olunub.

“Xidmət baş vermiş faktlarla bağlı məlumatları qaynar xətt vasitəsilə müvəqqəti saxlama təcridxanalarından və Xalq Müdafiəçisi Aparatından alır və müvafiq hüquqi tədbirlər görür. İstintaq və prosessual hərəkətlər planlaşdırılır və həyata keçirilir.

İstintaqın gedişatı və nəticələri haqda məlumat mərhələli şəkildə ictimaiyyətə təqdim olunacaq” – Xüsusi İstintaq Xidmətinin bəyanatında qeyd olunub.