İstintaq Xidməti avqust ayında külli miqdarda aksizsiz siqaretin saxlanması-daşınması-satışının 12 faktını aşkarlayıb
İstintaq Xidməti avqust ayında külli miqdarda aksizsiz siqaretin saxlanması-daşınması-satışının 12 faktını aşkarlayıb

 

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları 2025-ci ilin avqust ayında Gürcüstan miqyasında keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, aksiz markası ilə markalanmalı olan külli miqdarda aksizli malın belə marka olmadan saxlanması-daşınması-satışının 12 faktını aşkarlayıblar.

İstintaq Xidmətinin məlumatına əsasən, 20 nəfərə qarşı ittiham irəli sürülüb, onlardan 10-u saxlanılıb.

“İstintaq hərəkətləri nəticəsində cinayətdə ifşa edilən şəxslərdən satış üçün nəzərdə tutulmuş müxtəlif adda, ümumi bazar dəyəri 110 000 laridən artıq olan ümumilikdə 23 505 qutu aksizsiz siqaret götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 200-cü maddəsi ilə aparılır, bu da cəzanın növü və tədbiri kimi 4 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur” – məlumatda qeyd olunub.