İstintaq Xidməti aksizsiz siqaretin saxlanılması və daşınması faktı ilə bağlı beş nəfəri saxlayıb
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları xüsusilə külli miqdarda aksizsiz siqaretin saxlanılması və daşınması faktı üzrə beş nəfəri saxlayıblar.
“İstintaq hərəkətləri nəticəsində təqsirləndirilən şəxslərdən birinin yaşayış evindən 6 160 qutu, avtomobilindən isə bazar dəyəri 37 856 lari təşkil edən 600 qutu müxtəlif adlı aksizsiz siqaret müsadirə olunub” – İstintaq Xidmətində bəyan edirlər.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 200-cü maddəsi ilə aparılır, bu da altı ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.