İstintaq Xidməti aksiz markası olmayan tütün məmulatlarının qanunsuz saxlanılması faktı üzrə bir nəfəri saxlayıb.
İstintaq Xidməti aksiz markası olmayan tütün məmulatlarının qanunsuz saxlanılması faktı üzrə bir nəfəri saxlayıb.

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş operativ-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində markalanmaya məruz qalan, xüsusilə külli miqdarda aksizli malların aksiz markası olmadan saxlanılması faktı üzrə Gürcüstan vətəndaşı saxlanılıb.

Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs sonradan satışa çıxarmaq və qanunsuz maddi gəlir əldə etmək məqsədilə Tbilisi şəhərində, ona məxsus mikroavtobusda “Multi Tabak”, “Multi Class” və “Armenia” adlı 31 810 qutu aksiz markası olmayan siqareti qanunsuz olaraq saxlayıb. Həmin məhsulun ümumi bazar dəyəri 159 000 larini ötür.

“Məlumat üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 200-cü maddəsinin 3-cü hissəsi ilə aparılır ki, bu da cəza olaraq 6 ildən 8 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur. İstintaq Xidməti cinayət sxemində iştirak edən digər şəxslərin müəyyən edilməsi və ifşası məqsədilə intensiv işi davam etdirir”, – Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatında deyilir.