İstintaq Xidməti 19 ton vaxtı keçmiş və sağlamlıq üçün təhlükəli ət məhsulunun satışı faktını aşkarlayıb

15:42, 21.07.2026

 

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları, Gürcüstan Prokurorluğu ilə koordinasiyalı şəkildə keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində sağlamlıq üçün təhlükəli məhsulun satışı faktı üzrə bir nəfəri cinayət məsuliyyətinə cəlb ediblər.

İstintaq Xidmətinin məlumatına əsasən, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs xarici ölkə vətəndaşından 19 ton vaxtı keçmiş və sağlamlıq üçün təhlükəli dondurulmuş mal əti məhsulu alaraq Tbilisidəki soyuducu anbarlardan birində saxlayır və satmaq məqsədilə mərhələli şəkildə özünə məxsus ət mağazasına aparırmış.

Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları təqsirləndirilən şəxsə məxsus mağazadan və soyuducu anbardan külli miqdarda vaxtı keçmiş məhsulu maddi sübut olaraq götürüblər.

Oxşar