İstintaq orqanları böyük miqdarda saxta pul dövriyyəyə buraxmaq cəhdi ilə əlaqədar xarici ölkə vətəndaşını həbs edib
İstintaq orqanları böyük miqdarda saxta pul dövriyyəyə buraxmaq cəhdi ilə əlaqədar xarici ölkə vətəndaşını həbs edib

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları, həyata keçirilmiş əməliyyat və istintaq tədbirləri nəticəsində, böyük miqdarda saxta pul dövriyyəyə buraxmaq cəhdi ilə xarici ölkə vətəndaşını həbs ediblər.

Məlumata görə, təhqiqat zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs maddi fayda əldə etmək məqsədilə Samtsxe-Cavaxeti bölgəsində 10 000 ABŞ dolları dəyərində, 100-lük 100 ABŞ dollarlıq 100 ədəd saxta əskinas və 350 avro dəyərində saxta pul satıb.

Əməliyyat tədbirləri nəticəsində bütün saxta pul əskinasları müsadirə olunub.

Hazırda iş Gürcüstan Cinayət Məcəlləsinin 212-ci maddəsinin ikinci hissəsi üzrə araşdırılır. Bu maddəyə əsasən, təqsirləndirilən şəxs 7-dən 10 ilə qədər azadlıqdan məhrum edilə bilər.