İstintaq Xidmətinin rəisi Mixeil Mağlakelidze regional idarələrin yeni təyin olunmuş rəisləri ilə işgüzar görüş keçirib
İstintaq Xidmətinin rəisi Mixeil Mağlakelidze regional idarələrin yeni təyin olunmuş rəisləri ilə işgüzar görüş keçirib

 

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin rəisi Mixeil Mağlakelidze İstintaq Departamentinin Mtsxeta-Mtianeti, Şida Kartli və Samtsxe-Cavaxeti idarələrinin rəisləri ilə işgüzar görüş keçirib.

Xidmətin rəisi regional idarələrin fəaliyyət göstərdiyi ərazilərdə maliyyə-iqtisadi sahədə törədilmiş cinayətlərə qarşı mübarizə, cinayətin statistikası və cari qabaqlayıcı tədbirlər barədə ətraflı məlumat dinləyib.

Mixeil Mağlakelidze regional idarələrin infrastrukturuna və maddi-texniki bazasına baxış keçirib. Bununla yanaşı, əməkdaşların iş mühitinin yaxşılaşdırılması ilə əlaqəli ehtiyaclarla tanış olub.

İstintaq Xidmətinin rəisi işgüzar görüşdə xidmətin prioritet istiqamətlərinə diqqət yönəldib və əməkdaşlara səmərəli fəaliyyətə görə təşəkkür edib.

İşgüzar görüşdə həmçinin Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin rəis müavinləri – Qaqa Kirkitadze, İa Axalia, İoseb Vardzelaşvili və digər rəhbər şəxslər iştirak edirdilər.

Məlumatı Maliyyə Nazirliyinin İstintaq Xidməti yayır.