İstintaq Xidmətinin nümayəndələri Şota Mesxia Zuqdidi Dövlət Universitetini ziyarət ediblər
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti Gürcüstan universitetlərinin tələbələri üçün ödənişli təcrübə proqramını təqdim etməyə davam edir.
İstintaq Xidmətinin məlumatına əsasən, gənclərə proqramın əhəmiyyəti və perspektivləri barədə məlumat vermək, eləcə də təcrübə proqramında iştirak üçün nəzərdə tutulan seçim müsabiqəsinin detalları ilə onları tanış etmək təqdimatlar silsiləsinin məqsədidir.
“İstintaq Xidmətinin rəis müavini İoseb Vardzelaşvili və İstintaq Departamentinin rəisi Levan Dzneladze Şota Mesxia Zuqdidi Dövlət Universitetinin tələbələrinə qurumun mandatını və maliyyə-iqtisadi cinayətlə mübarizənin xüsusiyyətini izah ediblər. Təcrübə proqramının mərhələləri və gələcək perspektivləri təqdim edildi. Görüşdə tələbələr onları maraqlandıran suallara ətraflı cavablar aldılar” – Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatında deyilir.