İstintaq xidmətinin əməkdaşları tərəfindən dələduzluq yolu ilə külli miqdarda torpaq sahəsini ələ keçirməyə cəhd faktı ilə bağlı 3 nəfər tutulub.
İstintaq xidmətinin əməkdaşları tərəfindən dələduzluq yolu ilə külli miqdarda torpaq sahəsini ələ keçirməyə cəhd faktı ilə bağlı 3 nəfər tutulub.

Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində saxta sənədlərdən istifadə etməklə dələduzluq yolu ilə külli miqdarda torpaq sahəsini ələ keçirməyə cəhd edən biri xarici ölkə vətəndaşı olan 3 nəfər tutulub.

İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər xaricdə saxta etibarnamə tərtib ediblər və bu etibarnamə ilə guya mülkiyyətçi cavabdehlərdən birinə torpaq sahəsini özgəninkiləşdirməyə səlahiyyət verib.

Qeyd olunan saxta etibarnamə əsasında Kaxeti rayonunda 2 milyon 710 min kv.m torpaq sahəsinin alqı-satqısına dair qondarma müqavilə bağlanaraq, qeydiyyata alınması üçün “Milli Dövlət Reyestri Agentliyi”nə təqdim edilib.

İstintaq xidməti tərəfindən səmərəli həyata keçirilmiş tədbirlər nəticəsində torpaq mülkiyyətçisinə külli miqdarda əmlak ziyanının vurulması ehtimalının qarşısı alınıb. Gürcüstan Cinayət Məcəlləsinin 6 ildən 9 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 362 və 19-180-ci maddələri ilə istintaq davam etdirilir.