İstintaq xidməti tərəfindən külli miqdarda qəsdən vergidən yayınma faktı müəyyən edilib
İstintaq xidməti tərəfindən külli miqdarda qəsdən vergidən yayınma faktı müəyyən edilib

Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, xüsusilə külli miqdarda vergidən qəsdən yayınma faktına görə bir nəfər barəsində cinayət işi başlanıb.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs qanunsuz maddi səmərə əldə etmək məqsədilə, vergi qanunvericiliyini pozaraq, idarə etdiyi şirkətin gəlirlərini sistemli şəkildə səhv bəyan edərək, bu yolla dövlət büdcəsinə aid olan əsas vergidən – 1 499 116 lari məbləğində vergidən yayınıb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 218-ci maddəsinin cəza olaraq beş ildən səkkiz ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan ikinci hissəsi ilə aparılır.

Məlumatı istintaq xidməti yayıb.