İstintaq xidməti mayın 1-dən bu günədək külli miqdarda aksiz markası olmayan siqaretlərin saxlanılması, daşınması və satışı ilə bağlı 61 fakt aşkarlayıb

13:11, 31.07.2026

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları 2026-cı il mayın 1-dən bu günədək ölkə üzrə keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində aksiz markası tələb olunan külli miqdarda aksizli malların aksiz markası olmadan saxlanılması, daşınması və satışı ilə bağlı 61 fakt aşkarlayıblar.

Eyni dövr ərzində 83 nəfər barəsində cinayət işi üzrə hüquqi tədbir görülüb, onlardan 38-i saxlanılıb.

Aparılan istintaq tədbirləri nəticəsində cinayətdə ifşa olunan şəxslərdən satış üçün nəzərdə tutulmuş müxtəlif növ 63 852 qutu aksizsiz siqaret və elektron siqaret götürülüb. Həmin məhsulların ümumi bazar dəyəri 387 864 lari təşkil edir.

Məlumatı Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti yayıb.

Oxşar