İstintaq Xidməti kommersiya rüşvəti və saxta sənədlərin hazırlanması–satışı faktı üzrə iki nəfəri saxlayıb
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları həyata keçirilmiş operativ-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində kommersiya rüşvəti, eləcə də saxta vergi sənədlərinin hazırlanması və satışı faktı üzrə iki nəfəri saxlayıblar. Bu barədə məlumatı İstintaq Xidməti yayıb.