İstintaq Xidməti kommersiya rüşvəti və saxta rəsmi sənədin hazırlanıb-işə keçirilməsi faktı üzrə iki nəfəri saxlayıb
İstintaq Xidməti kommersiya rüşvəti və saxta rəsmi sənədin hazırlanıb-işə keçirilməsi faktı üzrə iki nəfəri saxlayıb

 

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları, Kvemo Kartli Regional Prokurorluğu ilə koordinasiyada həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, bir qrup şəxs tərəfindən törədilmiş kommersiya rüşvəti və saxta rəsmi sənədin hazırlanıb-işə keçirilməsi faktı üzrə iki nəfəri saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Marneulidə yerləşən texniki baxış mərkəzlərindən birində müfəttiş vəzifəsində işləyirmiş və texniki reqlamentin tələblərinə uyğun olaraq avtonəqliyyat vasitələrinin sınaqdan keçirilməsinə cavabdeh olub. Təqsirləndirilən şəxs şəxsi maddi mənfəət əldə etmək məqsədilə cinayət əlaqəsində olduğu şəxslə birlikdə texniki cəhətdən nasaz nəqliyyat vasitəsinə texniki baxışdan müsbət keçdiyinə dair rəy verib. Bunun qarşılığında, rəsmi olaraq təyin edilmiş vergidən başqa, vətəndaşdan 100 lari məbləğində pul vəsaiti tələb edib və alıb.

Müəyyən edilib ki, texniki baxış mərkəzində nasaz nəqliyyat vasitələri üçün texniki baxışdan müsbət keçdiyinə dair saxta rəylər verilməsi sistemli şəkildə baş verirmiş, bununla əlaqədar müvafiq istintaq hərəkətləri aparılır.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 221-ci maddəsinin 4-cü və 362-ci maddəsinin 1-ci hissəsi ilə aparılır, bu da cəza növü və tədbiri kimi dörd ildən altı ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

Məlumatı Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti yayır.