İstintaq xidməti qrant şəklində ayrılmış böyük məbləğdə vəsaitin qrup halında dələduzluq yolu ilə mənimsənilməsinin növbəti faktını aşkar edib
10:46, 11.11.2025
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Kənd İnkişafı Agentliyi tərəfindən qrant şəklində ayrılan vəsaitlərin qanuni və məqsədli xərclənməsinin araşdırılmasını aktiv şəkildə davam etdirir.
İstintaqın bu mərhələsində qrant adı altında ayrılmış böyük məbləğdə pul vəsaitinin qrup halında dələduzluq yolu ilə mənimsənilməsi faktı yenidən aşkar olunub və cinayət işi üzrə dörd nəfər məsuliyyətə cəlb edilib.
Maliyyə Nazirliyinin İstintaq Xidməti əməkdaşları Qərbi Gürcüstan Regional Prokurorluğu ilə koordinasiyada həyata keçirdikləri operativ-axtarış və istintaq tədbirləri nəticəsində Kənd İnkişafı Agentliyi tərəfindən qrant şəklində ayrılmış böyük məbləğdə pul vəsaitinin qrup halında mənimsənilməsi faktına görə “Elitmşeni” MMC-nin və “RK Kartuli Bostneuli” kooperativinin rəhbər şəxslərini saxlayıblar. Cinayətkar qrupun bir üzvünə ittiham qiyabi qaydada elan edilib, daha bir şəxsə qarşı isə cinayət təqibi başlanıb.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər dövlət büdcəsinə məxsus 430 200 lari məbləğində vəsaiti dələduzluq yolu ilə mənimsəyib, əlavə olaraq 167 918 lari məbləğində saxta ƏDV aktivləri yaradıb və 2 000 lari dövlət büdcəsindən aldadıcı yolla geri qaytardıqları təsbit olunub.
İstintaqa görə, kooperativ və onun tərəfindən cəlb edilmiş şirkət öz aralarında razılaşaraq Kənd və Kənd Təsərrüfatının İnkişafı Agentliyindən birgə maliyyələşdirmə adı ilə ayrılmış büdcə vəsaitini mənimsəmək üçün “Elitmşeni” MMC, kooperativə 1 100 800 lari dəyərində guya görülmüş işlərə dair saxta elektron vergi hesab-fakturası və istixana təsərrüfatının qurulması üçün malların təchizatı barədə saxta mal göndərişi sənədləri təqdim edib. Əslində isə heç bir iş görülməyib.
Öz növbəsində, kooperativ saxta vergi hesab-fakturası vasitəsilə 167 918 lari məbləğində ƏDV-nin saxta hesablanmasını əldə edib, kooperativin direktoru və idarə heyətinin sədri isə aldadıcı yolla dövlət büdcəsindən 2 000 lari ƏDV məbləğini geri qaytarıb və əlavə olaraq 100 000 lari həcmində ƏDV artığının saxta aktiv kimi geri qaytarılmasına cəhd göstəriblər. İstintaq Xidmətinin vaxtında müdaxiləsi nəticəsində bu əməl həyata keçirilməyib.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci və 3-cü hissələri, 19-180-ci maddənin 2-ci və 3-cü hissələri, 210-cu maddənin 2-ci hissəsi və 362-ci maddənin 2-ci hissəsi ilə davam etdirilir. Bu maddələrə görə 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Məlumatı Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti yayıb.