İstintaq Xidməti gömrük sərhədindən xüsusilə böyük miqdarda malın gömrük qaydasını pozmaqla ölkəyə gətirilməsi faktı ilə əlaqədar bir nəfəri saxlayıb
İstintaq Xidməti gömrük sərhədindən xüsusilə böyük miqdarda malın gömrük qaydasını pozmaqla ölkəyə gətirilməsi faktı ilə əlaqədar bir nəfəri saxlayıb

 

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları, Gəlirlər Xidmətinin Gömrük Departamenti ilə əlaqələndirilmiş şəkildə, aparılmış operativ-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, Gürcüstanın gömrük sərhədindən xüsusilə böyük miqdarda malın gömrük qaydasını pozmaqla ölkəyə gətirilməsi faktı ilə əlaqədar bir nəfəri saxlayıblar. Məlumatı Maliyyə Nazirliyinin İstintaq Xidməti yayır.

Qurumun məlumatına əsasən, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs “Sarpi” gömrük-keçid məntəqəsindən keçməklə gömrük nəzarətindən gizli, Gürcüstanın gömrük sərhədindən 346 908 lari gömrük dəyərində, 2 276 qram qızıldan hazırlanmış zərgərlik əşyalarını gətirib.

İstintaq Gürcüstanın Cinayət Məcəlləsinin 214-cü maddəsinin 2-ci hissəsi ilə aparılır, bu isə cəza olaraq 5-dən 7 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.