İstifadəçilərin məlumatına əsasən, Qafqazda, Türkiyədə və Avropanın bir hissəsində "Google"un xidmətləri fəaliyyət göstərmir
İstifadəçilərin məlumatına əsasən, Qafqazda, Türkiyədə və Avropanın bir hissəsində “Google” şirkətinin xidmətləri fəaliyyət göstərmir.
İstifadəçilərin sosial şəbəkələrdə yazdıqları kimi “Google”un axtarış sistemində, eləcə də “YouTube” videoportalında, “Google”un bulud xidmətləri və həmçinin “Google”un elektron poçtunda problemlər yaranıb.
Yayılmış məlumata əsasən, “Google”un xidmətləri Ermənistan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Xorvatiya, Serbiya, Rumıniya, Niderland və Almaniyada əlçatmazdır.