İstanbulun həbsdə olan bələdiyyə sədri Əkrəm İmamoğluna dəstək aksiyaları üçüncü günə qədəm qoyur
İstanbulda müxalifət bələdiyyə sədri Əkrəm İmamoğluna dəstək üçün keçirilən etiraz aksiyaları üçüncü gündür ki, davam edir.
Ölkə prezidentinin etirazlara sıfır dözümlülük olacağı ilə bağlı xəbərdarlığına baxmayaraq, yüz minlərlə insan şəhər merinin həbsinə etiraz olaraq küçələrə axışıb. Etiraz aksiyası əsasən dinc şəraitdə keçirilir. Etirazçıların bir neçə yerdə barrikadaları yarmağa cəhd etdiyi, bunun nəticəsində hüquq-mühafizə orqanları nümayişçiləri geri itələmək üçün bibər qazı və su şırnaqlarından istifadə etmələri barədə xəbərlər var.
Paytaxt Ankara və İzmirdə də nümayişlər keçirilir, burada polis etirazçıları dağıtmaq üçün su şırnaqlarından da istifadə edib.
Əkrəm İmamoğlu çərşənbə günü korrupsiya və terror əlaqələri ittihamı ilə həbs edilib.