İstanbulun həbs edilmiş meri, Ekrem İmamoğluna Parisin fəxri vətəndaşlığı verilib
İstanbulun həbs edilmiş meri, Ekrem İmamoğluna Parisin fəxri vətəndaşlığı verilib. Müvafiq qərarı Paris Şəhər Şurası səsvermə nəticəsində qəbul edib.
Fransa paytaxtının meri An İdalqonun mətbuat konfransında dediyi kimi, hal-hazırda partiyasını təmsil etmək və Türkiyənin milyonlarla vətəndaşının səsi olmaq imkanı İmamoğlunun əlindən ədalətsiz şəkildə alınıb.
“Azadlıqları və fundamental hüquqları əlindən alınmış İmamoğlu Parisin tam dəstəyinə ümid etməlidir” – İdalqo deyib.
Fransa paytaxtının meri Parisin İmamoğluna bu dəstəyinin Türkiyə hakimiyyətinə demokratik ağılın səsini eşitməyə imkan verəcəyinə ümidvar olduğunu deyib.
Prezident Rəcəb Tayyib Ərdoğanın əsas siyasi rəqibi hesab edilən Ekrem İmamoğlunu martın 19-da korrupsiya və terror təşkilatına dəstək ittihamı ilə saxlayıblar. Saxlanılmazdan əvvəl Ekrem İmamoğlu 2028-ci ilin prezident seçkilərində əsas müxalifət partiyasının namizədi sayılırdı. İmamoğlunun həbsi Türkiyədə kütləvi etiraz nümayişləri ilə müşaiyət olundu.