İstanbulun Baş Polis İdarəsinin yaxınlığına onlarla nümayişçi toplaşıb, onlar İstanbul merinin saxlanılmasına etiraz edirlər

17:06, 19.03.2025

 

İstanbulun Baş Polis İdarəsinin yaxınlığına onlarla nümayişçi toplaşıb. Onlar İstanbul meri Ekrem İmamoğlunun saxlanılmasına etiraz edirlər. İmamoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əsas siyasi rəqibidir və qarşıdan gələn prezident seçkilərində onun əsas rəqibi hesab olunur.

Polis İdarəsinin yaxınlığına toplaşanlar İmamoğlunun saxlanılmasının Türkiyə demokratiyasına zərbə olduğunu deyirlər.

Hadisə yerinə təhlükəsizlik qüvvələri və su şırnağı maşınları səfərbər olunub. İstanbul Qubernatorunun Ofisi 4 gün ərzində ictimai toplantıları qadağan edib.

Müxalif “Cümhuriyyət Xalq Partiyası”nın üzvü, İstanbul meri Ekrem İmamoğlu səhər saatlarında öz evində saxlanılıb. Ona qarşı korrupsiya və terror təşkilatına dəstək vermək ittihamları irəli sürülüb.

Bundan əvvəl İstanbul Universitetinin əsas müxalifət partiyası, “Cümhuriyyət Xalq Partiyası”nın lideri Ekrem İmamoğlunun diplomunu ləğv etməsi haqda məlumat yayıldı, bu səbəbdən o, prezident seçkilərində artıq iştirak edə bilməyəcək.

Oxşar