İstanbulda Türkiyə, ABŞ və Ukrayna nümayəndələrinin görüşü başa çatıb
İstanbulda Türkiyə, ABŞ və Ukrayna nümayəndələrinin görüşü başa çatıb.
Bu barədə məlumatı Rusiya mediası yayır.
“Tass” Türkiyə Xarici İşlər Nazirliyinin mənbələrinə istinadən yazır ki, Dolmabaxça sarayında görüş bir saatdan çox davam edib.
Bununla yanaşı, Rusiya, Ukrayna və Türkiyə nümayəndələri arasında üçtərəfli görüş İstanbulda yerli vaxtla saat 12:30-a, Gürcüstan vaxtı ilə isə saat 13:30-a planlaşdırılıb.
Rusiya nümayəndə heyəti prezident administrasiyasına hələ gəlməyib.