İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü keçirilir
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü keçirilir

 

Rusiya ilə Ukrayna arasında danışıqların üçüncü raundu İstanbulda, bu dəfə Çırağan sarayında keçirilir.

Artıq həm ukraynalı, həm də rus nümayəndə heyəti Türkiyəyə gedib.

“Bu gün Türkiyədə planlaşdırılan danışıqlarda Ukraynanın nümayəndələri yenidən israrla atəşin dərhal və tam şəkildə dayandırılmasının zəruriliyini tələb edəcəklər, xüsusilə mülki infrastruktura bu cür hücumların həyata keçirilməsinə dair” – Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Müxtəlif media vasitələrinin yazdığı kimi, Ukrayna tərəfi atəşin dayandırılması tələbindən başqa, liderlər səviyyəsində görüşü də gündəliyə salmağı planlaşdırır.