İstanbulda rus və Amerika nümayəndə heyətlərinin danışıqları keçirilir

11:55, 10.04.2025

 

İstanbulda Rusiyanın Baş Konsulluğunda rus və Amerika nümayəndə heyətlərinin danışıqları keçirilir.

Bu barədə məlumatı rus mediası yayır.

Danışıqların başlaması yerli vaxtla saat 10:00-a təyin edilmişdi.

Danışıqlarda Moskvanı Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyev, Vaşinqtonu isə dövlət katibinin köməkçisinin müavini Sonata Koulter təmsil edir. İki ölkənin xarici işlər nazirliklərinin əməkdaşları nümayəndə heyətlərinin tərkibindədirlər.

Bundan əvvəl, ABŞ Dövlət Departamentində İstanbulda planlaşdırılan danışıqların gündəmində siyasi və təhlükəsizlik məsələlərinin və ya Ukrayna məsələsinin olmadığını bəyan etmişdilər. Qurumda qeyd etdilər ki, bu danışıqlar yalnız ABŞ-Rusiya səfirliklərinin fəaliyyətinə aiddir.

Oxşar