İstanbulda İsrailin konsulluğunun yaxınlığında silahlı qarşıdurma nəticəsində iki nəfər həlak olub
İstanbulda İsrailin konsulluğunun yaxınlığında silahlı qarşıdurma nəticəsində iki nəfər həlak olub.
Yayılan məlumata əsasən, polis və silahlı şəxslər arasında baş vermiş qarşıdurmadan sonra iki hücumçu öldürülüb, üçüncüsü isə saxlanılıb. Qarşılıqlı atışma nəticəsində polisin bir əməkdaşı yaralanıb.
Hücumçuların uzun lüləli silahlar daşıdığı haqda məlumat yayılıb.
Binanın ətraf ərazisi hazırda bağlanıb.