İstanbulda İran və Avropa “üçlüyü” arasında nüvə proqramı haqda danışıqlar başlayıb
İstanbulda İran və Avropa “üçlüyü” (Böyük Britaniya, Fransa və Almaniya) arasında nüvə proqramı haqda danışıqlar başlayıb.
Danışıqlar İranın İstanbuldakı konsulluğunun binasında xarici işlər nazirlərinin müavinləri səviyyəsində aparılır.
İranın xarici işlər naziri Abbas Arağçi görüş başlamazdan əvvəl bildirib ki, danışıqlar əvvəlki müzakirələrin davamıdır və dünya İranın mövqeyinin dəyişmədiyini bilməlidir.
“Xüsusilə də İsrail tərəfindən başladılmış son müharibədən sonra İran İslam Respublikasının mövqeyinin hələ də güclü və sarsılmaz olması barədə qarşı tərəfin məlumata malik olması lazım idi. Biz uranın zənginləşdirilməsini davam etdirəcəyik; İran xalqının bu haqqından imtina etməyəcəyik” – Abbas Arağçi qeyd edib.