İstanbulda güclü zəlzələ baş verib
Türkiyənin İstanbul şəhərində güclü zəlzələ baş verib.
Seysmoloji Xidmətin məlumatına əsasən, birinci təkan 3,9 bal, təkrar təkanlar isə 6,2 və 4,4 bal gücündə olub. Zəlzələnin episentri Mərmərə dənizində, 7 kilometr dərinlikdə qeydə alınıb.
Hazırda başqa məlumat yayılmır.
Medianın məlumatına əsasən, təbii fəlakət əhali arasında panika yaradıb. Zəlzələdən sonra vətəndaşlar binaları tərk ediblər və küçələrə çıxıblar.