İstanbul sahillərində Türkiyə bayrağı altında üzən iki ticarət gəmisi toqquşub. Hadisə nəticəsində gəmilərdən biri ilə əlaqə kəsilib

10:49, 02.09.2026

İstanbul sahillərində Türkiyə bayrağı altında üzən iki ticarət gəmisi toqquşub. Hadisə nəticəsində gəmilərdən biri ilə əlaqə kəsilib. Məlumatı İstanbul Valiliyi yayıb.
Hadisə yerli vaxtla təxminən saat 03:00-da İstanbulun Silivri rayonu yaxınlığında baş verib.
Axtarış-xilasetmə işləri üçün əraziyə Sahil Mühafizəsinin gəmiləri və helikopter göndərilib.
Valiliyin məlumatına görə, göyərtəsində 10 nəfərin olduğu Tuğberk İmamoğlu gəmisi ilə hələlik əlaqə yaratmaq mümkün olmayıb.
İstanbul Valiliyinin bildirdiyinə görə, axtarış-xilasetmə əməliyyatı davam edir.

Oxşar