İstanbul hava limanında təyyarənin qəza vəziyyətində enməsi nəticəsində həlak olanların sayı artır
İstanbulda, Sabiha Gökçen beynəlxalq hava limanında “Peqasus” aviaşirkətinin təyyarəsinin qəzalı şəkildə enməsi nəticəsində həlak olanların sayı 3 nəfərə qədər artdı.
Qəza nəticəsində yaralananların sayı isə, 180-dir.
Bu haqda məlumatı NTV kanalı, rəsmi məlumata istinadən yayır.
“Peqasus” aviaşirkətinə aid olan “Boinq-737” İzmirdən İstanbula gəlirdi və Sabiha Gökçen hava limanında uçuş xəttindən çıxıraq, üç hissəyə bölündü.
Hadisə zamanı güclü külək və yağış var idi.
Bortda 177 sərnişin və 6 ekipaj üzvü var idi.
Peqasus aviaşirkətinin məlumatına görə, təyyarənin bortunda əsasən Türkiyə vətəndaşları var idi.
Sərnişinlər arasında 12 ölkədən 20 xarici vətəndaşı da var idi.