İsrailin təcili yardım xidməti "Həmas"ın hücumu nəticəsində azı 22 nəfərin öldüyünü bildirib
İsrailin təcili yardım xidməti "Həmas"ın hücumu nəticəsində azı 22 nəfərin öldüyünü bildirib

İsrailin təcili yardım xidməti “Həmas” terror qruplaşmasının hücumu nəticəsində azı 22 nəfərin həlak olduğunu bildirib.

İsrail mediasının məlumatına əsasən, azı 70 nəfərin vəziyyəti ağırdır.

Medianın yazdığına əsasən, ölənlərin sayının artacağı ehtimalı var.

Bu gün səhər saatlarında Qəzza sektorundan İsrail istiqamətində raketlər atılıb. Raket hücumu nəticəsində 100-dən çox İsrail vətəndaşı yaralanıb. Hücuma görə məsuliyyəti “Həmas” üzərinə götürüb.

Bundan başqa, Qəzza sektorundan İsrail istiqamətində həyata keçirilən raket hücumu səbəbindən İsrail Müdafiə Qüvvələri müharibə vəziyyəti elan edib.