İsrailin təhlükəsizlik naziri: Təl-Əviv istiqamətində uçan “Flydubai” reysində baş verən insident göstərir ki, İsrail region üzrə hərbi əməliyyatlarını gücləndirməlidir

16:11, 30.09.2026

Təl-Əviv istiqamətində uçan “Flydubai” reysində baş verən insident göstərir ki, İsrail region üzrə hərbi kampaniyalarını gücləndirməlidir. Bu barədə İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bildirib.

İsrail hökumətinin nümayəndəsinin sözlərinə görə, ölkənin təhlükəsizlik doktrinası yeni mərhələyə keçməlidir. İsrail dayanmayaraq İran, Livan, Qəzza və Yəhudeya-Samariya ərazilərində tam qələbə əldə olunana qədər fəaliyyətini davam etdirməlidir.

İsrail mediasının izahına görə, Yəhudeya və Samariya İordan çayının qərb sahilinin Bibliyada işlədilən adıdır. Hazırda insidentin hər hansı təşkilat və ya dövlət tərəfindən idarə olunduğuna dair heç bir məlumat yoxdur.

“Bu səhər bir daha düşmənlərimizin həyata yüksək qiymət verdiyi və onlara qarşı dözümlü olmağımız lazım olduğu barədə sadəlövh inancın yanlış olduğu bizə xatırladıldı. Terrorizm razılaşmağın mümkün olmadığı bir şərdir. Yeganə çıxış yolu onu məğlub etmək və yer üzündən silməkdir”, – deyə İtamar Ben-Qvir bildirib.

Pilotlar arasında baş verən qarşıdurma səbəbindən Dubay–Təl-Əviv reysi Səudiyyə Ərəbistanına enib. İnsident zamanı təyyarə “qanunsuz müdaxilə” və fövqəladə vəziyyət barədə siqnallar göndərib. Hadisədən sonra təyyarə Tabuk hava limanına eniş edib.

Oxşar