İsrailin şimalında dron hücumu nəticəsində azı 67 nəfər xəsarət alıb

11:50, 14.10.2024

 

 
İsrailin şimalında Biniamina qəsəbəsi yaxınlığında Livandan atılan pilotsuz uçuş aparatının hücumu nəticəsində azı 67 nəfər xəsarət alıb. Məlumatı İsrail mediası yayır.

İsrail mediasının məlumatında, xəsarət alanlardan 4 nəfərin vəziyyətinin kritik, 9 nəfərin vəziyyətinin isə ağır olduğu deyilir.

Hadisə yerində hava hücumu xəbərdarlığı elan edilməmişdi. Medianın qeyd etdiyi kimi, İsrail ordusu hücum zamanı siqnal sisteminin niyə işləməməsinin səbəbini araşdırır.

Oxşar