İsrailin Səhiyyə Nazirliyinin məlumatına əsasən, İranla münaqişə nəticəsində son 24 saatda ölkənin xəstəxanalarına 289 yaralı yerləşdirilib

15:21, 03.03.2026

 

İranla münaqişə nəticəsində son 24 saatda İsrailin xəstəxanalarına 289 yaralı yerləşdirilib – bu haqda məlumatı İsrail mediası ölkənin Səhiyyə Nazirliyinə istinadən yayır.

İsrailin Səhiyyə Nazirliyinin məlumatına əsasən, onlardan 19-u orta ağırlıqlı xəsarətlər alıb, 258-nin vəziyyəti isə qənaətbəxşdir. Səkkiz nəfər təşviş pozuntusu ilə əlaqədar müalicə edilib.

Hərbi əməliyyatlar başlayandan bəri ümumilikdə 1050 nəfər xəstəxanalara yerləşdirilib, onlardan 120-si hazırda xəstəxanada və ya təcili yardım şöbəsindədir, qalanları isə müalicə olunaraq evə buraxılıb.

Oxşar