İsrailin Qəzzanın Nasser xəstəxanasına hücumu nəticəsində beşinci jurnalist də həyatını itirib
İsrailin Qəzzanın Nasser xəstəxanasına hücumu nəticəsində beşinci jurnalist də həyatını itirib

 

İsrailin Qəzzanın Nasser xəstəxanasına hücumu nəticəsində beşinci jurnalist də həyatını itirib. O, hücum zamanı aldığı xəsarətlər nəticəsində həlak olub.

İsrail Qəzzanın xəstəxanasına iki dəfə hücum edib, ikinci zərbə ilk hücum nəticəsində həlak olan və yaralananların təxliyəsi üçün xilasetmə əməliyyatı davam edərkən endirilib.

Dünyasını dəyişən jurnalistlərdən ikisi “Reuters” agentliyinin, biri “Associated Press”də işləyən frilanser və ikisi isə “Al Jazeera”nın əməkdaşı olub. Ümumilikdə, həlak olan 20 nəfər arasında jurnalistlərdən başqa, mülki vətəndaşlar da var. Yaralılar arasında ən azı bir fotoqraf var.

İsrail Müdafiə Qüvvələri insidentlə bağlı araşdırmaya başlayıb və qurumda media nümayəndələrinin hücumun hədəfi olmadığını bildirirlər.