İsrailin Qəzza sektorunu bombalaması 5 jurnalistin həyatını itirməsi ilə nəticələndi

14:32, 26.12.2024

 
İsrailin Qəzza sektorunu bombalaması 5 jurnalistin həyatını itirməsi ilə nəticələndi. Bu barədə məlumatı ərəb mediası yayır.

Yayılmış məlumata əsasən, jurnalistlər mikroavtobusda yatarkən əraziyə hava hücumu həyata keçirilib. Mikroavtobus Fələstinin
“Al-Quds” peyk telekanalına məxsus olub. Avtomobil Nuseyrat qaçqın düşərgəsindəki Al-Avda xəstəxanasının ərazisində saxlanılıbmış.

“Onları jurnalist və humanitar vəzifələrini yerinə yetirərkən qətlə yetirdilər” – “Al-Quds”un bəyanatında deyilir.

Eyni zamanda, “İsrailin Müdafiə Qüvvələri” Qəzzanın mərkəzi hissəsində həyata keçirilən hava hücumunun hədəfinin “İslami Cihad”ın terror hücrəsinin yerləşdiyi avtomobil olduğunu bildirib.

Oxşar